Bu tətbiqlə siz istədiyiniz zaman «Bakı Sığorta»-dan əldə etdiyiniz sığorta məhsulları haqqında ətraflı məlumatı, aktiv müqavilələrinizi, təqdim olunan hər bir sığorta məhsulunu əldə edə bilər, baş vermiş hadisə haqqında online məlumat verə və hadisənin statusunu öyrənə bilərsiniz. Onlarla vərəqləri saxlamağa və məlumat almaq üçün əlavə zəng etməyə ehtiyac duymadan, hər bir əməliyyatı bir tətbiqdən idarə edə biləcəksiniz.